FHN Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda Nazirliyin Aparatı və strukturuna daxil olan qurumlarının məsul əməkdaşları iştirak edib.
Əvvəlcə, konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, kitabxana və ali təhsil müəssisəsinin 15 illik fəaliyyətini əks etdirən Muzeylə tanış olublar.
Konfransı giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı yolunda gördüyü misilsiz xidmətlərdən bəhs edib. Elmi-praktiki konfransın əhəmiyyətindən danışan B.Salayev bildirib ki, Ümummilli Lider Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq hər bir vətəndaşın həyat təhlükəsizliyinin təmin olunması, şəxsi və ictimai əmlakın qorunması, ümumiyyətlə, baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində mühüm qərarlar qəbul edib, genişmiqyaslı tədbirlər həyata keçirib. Ulu Öndər əhalinin və ərazilərin fövqəladə hadisələrdən etibarlı qorunması üçün yeni dövlət qurumunun yaradılmasının zəruriliyini görüb, bu istiqamətdə müdrik ideyalar irəli sürüb.
Akademiya rəisi qeyd edib ki, FHN fəaliyyətini Dahi Rəhbərin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” müdrik kəlamı üzərində qurub və bu kəlam fövqəladə hallar orqanlarında çalışan hər bir əməkdaş üçün bir şüar olub.
B.Salayev bildirib ki, bu gün FHN-in tərkibində olan qurumlar yeni inkişaf mərhələsinə qədəm qoymaqla peşə və döyüş hazırlığını daim yüksək səviyyədə saxlayır, bütün sahələrdə təhlükəsizliyin təmin olunması, profilaktik tədbirlərin həyata keçirilməsi, qəza-xilasetmə işlərinin aparılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, vətəndaşların təhlükəsizliyinin təminatı sahəsində də ölkəmizdə məqsədyönlü işlər görülür.
Ümummili lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışan FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin idarə rəisi Azadi Quliyev çıxışında Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı və davamlı islahatlar nəticəsində Azərbaycan dövlətinin bu gün tarixinin ən yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. İdarə rəisi qürur hissi ilə diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlamış əks-hücum əməliyyatını parlaq Qələbə ilə başa vurub. 44 günlük Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitib, Azərbaycan son 200 illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxıb, işğal olunmuş torpaqlarını geri qaytarıb.
Daha sonra digər konfrans iştirakçılarının məruzələri dinlənilib və suallar cavablandırılıb.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının...
FHN-in İdman-sağlamlıq klubunda ilin...
FHN-in Sumqayıt Regional Mərkəzində...
FHN-in Qarabağ Regional Mərkəzində...
Azərbaycan FHN Naxçıvan şəhərində...