Ceyhun Bayramov: Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi ilə bağlı Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk
Həmkarım Rusiya-Ukrayna müharibəsində son vəziyyətlə bağlı fikirlərini bölüşdü. İlk olaraq bizim arzumuz atəşkəsin əldə edilməsidir. Münaqişənin siyasi-hüquqi yollarla həllinin tərəfdarıyıq.
Fhnews.az xəbər verir ki, bu fikirləri mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.
“Mayın 15-də Türkiyədə keçirilən danışıqları müsbət dəyərləndiririk”, - deyən nazir Azərbaycanın uzunmüddətli sülhün əldə olunmasını arzuladığını bildirib, müharibənin ilk günlərindən ölkəmizin Ukrayna tərəfinə bir çox sahələrdə dəstək göstərdiyini xatırladıb.
Türkiyə Prezidenti Azərbaycanın...
Türkiyə XİN: Can Azərbaycanın...
28 May - tarixin yaddaşında müstəqillik...
Beynəlxalq konfransın yekununa həsr...
Bakıda Qoşulmama Hərəkatı Gənclər...