Azərbaycanla Pakistan arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib
Mayın 24-də nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.
XİN-dən bildirilib ki, nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub. Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə Prezidenti Azərbaycanın...
Türkiyə XİN: Can Azərbaycanın...
28 May - tarixin yaddaşında müstəqillik...
Beynəlxalq konfransın yekununa həsr...
Bakıda Qoşulmama Hərəkatı Gənclər...