30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Bugün saat 08:00-dan mayın 27-si saat 22:00-dək paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, məhdudiyyət səbəbindən 30 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti (“Xalqlar dostluğu” metrostansiyası) və Babək prospekti, 32 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti və Dakar dairəsi ilə hərəkət edəcək.
FHN-in strukturlarında 28 may –...
Şair Muxtar Qasımzadənin poeziya...
Sabah paytaxtda havanın temperaturu 30...
May ayının müavinət, təqaüd və ünvanlı...
Ümumdünya Halal Standartları Günü ilə...