22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Avropa İttifaqı  Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

31-01-2025
IMG

Avropa İttifaqının  beynəlxalq sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırladıqlarını açıqlayıb. O'Sullivan Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 4-cü dəfə Qazaxıstana səfər edib və Astanadakı təmaslarından sonra mətbuata açıqlama verib. 

Qazaxıstan səlahiyyətliləri ilə ciddi irəliləyiş əldə etdiklərini ifadə edən O'Sullivan  "Avropa Birliyinin Qazaxıstanın Rusiya Federasiyası ilə qanuni ticarət əlaqələrinə heç bir şəkildə müdaxilə etmək və ya əngəl törətmək niyyəti yoxdur"-deyib. 

Bəzi iş dünyasının nümayəndələrinin sanksiyalardan yan keçmək üçün Qazaxıstandan bir platforma kimi istifadə etməsindən narahat olduqlarını ifadə edən O'Sullivan “Avropa İttifaqı və G7 ölkələrində istehsal edilən və sanksiya siyahısına daxil edilən məhsulların Qazaxıstan vasitəsilə Rusiyaya ixracından danışırıq.”

O'Sullivan həmçinin əlavə edib ki, Aİ hazırda Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır.

Paylaş: