22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yağış haqqında məlumat

12-03-2024

Yağış – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısıdır. 

Fhnews.az meteo.az saytına istinadən xəbər verir ki, kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Adətən laylı buludlardan çox xırda damcılar şəklində düşən yağıntıdır. 

Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. 

İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır.

Leysan — qısamüddətli atmosfer yağıntısıdır.

Paylaş: