Türkiyəli mütəxəssis qışda infarkt riskindən danışdı: “Küləyə qarşı hərəkət edən insanlarda…”
Soyuq havaların ürək xəstəliklərinin kəskinləşməsinə səbəb olduğunu bildirən mütəxəssislər qışda infarkt riskinin də artdığına diqqət çəkiblər.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, Kardiologiya üzrə türkiyəli mütəxəssis Fatih Çam soyuq havanın ürək sağlamlığına təsirləri barədə danışıb.
“İnsanlar istiqanlı varlıqlardır, ona görə də havalar soyuyanda belə bədənin istiliyini qoruyub saxlamaq məcburiyyətindədirlər. Soyuq havada orqanizm qan damarlarını sıxaraq istilik itkisini azaltmağa çalışır ki, bu zaman da ürəyin iş yükü əhəmiyyətli dərəcədə artır və damarlar daralır. Bu səbəbdən soyuq havalarda insan daha tez yorulur və nəfəs darlığı yarana bilir. Yenə eyni səbəbdən, yəni damarlar daraldıqda axan qan miqdarı azaldığı üçün qandakı oksigen də azalır, əllər, ayaqlar, burun ucu və dodaqlar kimi ətraflar göyərir. Ürək çatışmazlığı, ürək ritminin pozulması, koronar damarlarda darlıq olan insanlarda sinə ağrısı şikayətləri ortaya çıxa və hətta infarkt baş verə bilər. Üstəlik, soyuqla təmas nə qədər çox olarsa, reaksiya da bir o qədər şiddətli olar. Məsələn, soyuq və ya buzlu suya düşən, küləyə qarşı hərəkət edən insanlarda bu reaksiyalar çox tez inkişaf edir”, - deyə mütəxəssis qeyd edib.
“Damarların daralması, təzyiqin artması, ürəyə qayıdan qanın miqdarının artması və qanda oksigenin miqdarının azalması infarkt riskini artıran səbəblərdəndir. Qışda bədənin müqaviməti azalır. Ona görə də ürək xəstələri hər il qripə qarşı, beş ildən bir isə pnevmoniyaya qarşı peyvənd etməlidirlər. Sağlam insanlarda yüngül keçən qrip və buna bənzər soyuqdəymələr ürək xəstələri üçün ciddi problemə çevrilə bilər və ən əsas ölüm səbəbləri sırasındadır”, - deyə Fatih Çam əlavə edib.
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...