22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kəsmə və qaynaq işlərində təhlükəsizlik tədbirləri

02-01-2024

Kəsmə və qaynaq əməliyyatı fabrik və anbar yanğınlarının əsas səbəblərindən biridir. Planetimizdə hər il kəsmə və qaynaq əməliyyatlarından qaynaqlanan minlərlə yanğın baş verir.

Qaynaq və kəsmə yanğınları cox gec  fərq edilir. Cünki isti metal və ya şlak  (1500 - 2000°C) əməliyyatın edildiyi yerdən uzağa sıcraya və yanğın işi bitdikdən 1 - 2 saat sonra fərqinə varıla bilər.

Bu səbəbdən kəsmə və qaynaq işinin ediləcəyi sahədə bir sıra tədbirlərin görülməsi məsləhət olunur:

- İş sahəsinin  ətrafından bütün yanar vəsaitlər ən azı 10 m uzağa, etibarlı bir məsafəyə daşınmalıdır.

-İş görülən ərazi  əməliyyat başlamazdan əvvəl yaxşıca təmizlənməlidir.

- Taxta zəminlər metalla örtülməli və ya yaxşıca isladılmalıdır.

- Qaynaq əməliyyatı  etibarlı bir yerdə edilməlidir. Qaynaq edilən yerin ətrafında alışqan mayelər saxlanılmamalıdır.

- Başqa tədbirlər görmək mümkün olmursa, yanar maddəni atəşə müqavimətli (yanmaz)  vasitələrlə örtərək qorumaq olar.

-Divarda və döşəmədə hər hansı bir acıqlıq olmadığından əmin olunmalıdır.

- Yanğınsöndürmə cihazları, su vedrəsi də daxil olmaqla hazır vəziyyətdə saxlanılmalıdır.

- Ətrafın təmizliyi və nizamının tam olduğundan və iş bitdikdən yarım saat sonra hər hansı bir yanğın riski olmadığından əmin olunmalıdır.

- İş bitdikdən iki saat sonra bir yoxlama yenə edilməlidir.

Etiketlər:
Paylaş: