Fövqəladə hallarla bağlı davranış qaydaları
Sel və daşqın
Sel - dağlardan gələn, özü ilə çoxlu qum, gil, çınqıl, daş, ağac parçaları gətirən qarışıq su axınıdır.
Daşqın – dənizdə, göldə, çayda suyun səviyyəsinin kəskin surətdə qalxması nəticəsində ətrafı su basması deməkdir.
Sel və daşqına necə hazır olmalı:
Əgər yaşadığınız ərazi tez-tez sel və daşqına məruz qalırsa:
- yaxınlıqda olan su basmayan yüksəkliklərin yerini və oraya gedən ən qısa yolları əvvəlcədən öyrənin;
- içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın.
Sel və daşqın zamanı nə etməli:
- təhlükə yarandıqda və təxliyyə haqqında göstəriş verildikdə əvvəlcədən müəyyənləşdirilmiş təhlükəsiz əraziyə gedin;
- hazırladığınız ehtiyat çantasını götürməyi unutmayın;
- evdən çıxarkən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün, qapı və pəncərələri möhkəm bağlayın;
- vaxt imkan verirsə, vacib saydığınız əşyaları evin yuxarı mərtəbəsinə və ya çardağa qaldırın, həyətdə suyun apara biləcəyi zəruri əşyaları yerindəcə bərkidin və ya təhlükəsiz yerə yığın;
- ev heyvanlarını sərbəst buraxın;
- korlana biləcək əşyaları zirzəmidən çıxarıb təhlükəsiz yerə yığın;
- evi tərk edə bilmədikdə, yardım gələnədək, yaxud suyun səviyyəsi enənədək yuxarı mərtəbədə və ya çardaqda qalın;
- gündüz taxta parçasına bağlanmış aydın görünən parça, gecə isə işıq və ya səs vasitələri ilə yardım üçün siqnal verin;
- xilasedicilərin göstərişlərini sözsüz yerinə yetirin;
- su basmış ərazini müstəqil olaraq yalnız təcili yardım ehtiyacı, suyun səviyyəsinin sürətlə qalxması, xilasedicilərin gəlməsinə ümid olmadıqda tərk edə bilərsiniz;
- suda rahat hərəkət etmək üçün ağır və dar geyimləri çıxarın;
- yardım gələnədək suyun üzərində qalmağa imkan verəcək batmayan əşyadan yapışın (avtomobil şini, taxta əşya və s.);
- suyun axını istiqamətində üzün, qüvvənizə qənaət edin.
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...