FHN-in Akademiyasında “Heydər Əliyevin 20 yanvar faciəsi ilə əlaqədar qətiyyətli addımları” mövzüsunda tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı “Heydər Əliyevin 20 yanvar faciəsi ilə əlaqədar qətiyyətli addımları” mövzüsunda anım mərasimi keçirilib.Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Milli Məclisin deputatı Arzu Nağıyev, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.
Əvvəlcə, mərasim iştirakçıları faciə qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Akademiyanın rəisi general-mayor Baba Salayev giriş sözü ilə çıxış edərək bildirib ki, 20 Yanvar hadisələrinin baş verməsindən 33 il keçməsinə baxmayaraq, həmin dəhşətli gecənin ağrı-acıları bu gün də xalqımızın qəlbində, yaddaşında yaşayır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ güc strukturlarına məxsus silahlı birləşmələr Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, ağır texnikadan və müxtəlif tipli silahlardan istifadə edilərək kütləvi qırğınlar törədilib. Sovet rəhbərliyinin hüquqa zidd cinayətkar əməllərinə etiraz edən ulu öndər Heydər Əliyev 21 yanvar 1990-cı ildə repressiv sovet rejiminin sərt qadağalarına baxmayaraq, öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ifşa edib.
Sözünə davam edən Akademiyanın rəisi ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün Azərbaycanda effektiv sosial müdafiə sisteminin formalaşdığını və həmin kateqoriyadan olan şəxslərin bu gün də dövlətin yüksək diqqəti və qayğısı ilə əhatə olunduqlarını bildirib. O, Şəhidlər xiyabanında təmir və yenidənqurma işlərinin aparılması, paytaxtın bir sıra yerlərində və rayonlarımızda Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə komplekslərininin ucaldılmasını bu böyük ehtiramın bariz göstəricisi kimi qiymətləndirib.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Arzu Nağıyev və FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev 20 Yanvar hadisələrinin tariximizdəki rolundan danışıb və qeyd ediblər ki, məhz Ümummilli Liderin təşəbbüsü ilə 29 mart 1994-cü ildə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib. Həmin dövrün mürəkkəbliyinə baxmayaraq, Ulu Öndər 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması istiqamətində gərgin fəaliyyət göstərib və nəticədə bir çox həqiqətlər üzə çıxıb.
Anım mərasiminin sonunda 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasının...
FHN-in İdman-sağlamlıq klubunda ilin...
FHN-in Sumqayıt Regional Mərkəzində...
FHN-in Qarabağ Regional Mərkəzində...
Azərbaycan FHN Naxçıvan şəhərində...