Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi qaydaları
Elektrik təsərrüfatında yanğın təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı qaydalara əməl edin:
- elektrik təchizatı sistemi və elektrik cihazlarının sazlığını müntəzəm olaraq yoxlayın və nəzarətsiz qoymayın;
- elektrik cihazı və qurğularının təmiri və qurulmasını, eləcə də elektrik şəbəkəsindəki nasazlıqların aradan qaldırılmasını yalnız mütəxəssisə həvalə edin;
- izolyasiyası zədələnmiş və ya sıradan çıxmış naqil və kabellərdən istifadə etməyin;
- elektrik naqili telefon və radio naqillərinə, radio və televiziya antenasına, ağac budaqları, dam örtüyü və digər yad əşyalara toxunmamalıdır;
- elektrik naqilini rəngləmək, qaz və su kəməri borularına sarımaq, mismar və başqa metal əşyadan asmaq, üstünə xalça sərmək, üzərinə divar kağızı yapışdırmaq və digər məqsədlər üçün istifadə etmək olmaz;
- qısaqapanmanın qarşısını almaq üçün avtomatik açardan istifadə edin;
- eyni vaxtda çox sayda elektrik cihazını elektrik şəbəkəsinə qoşmayın;
- bir rozetkaya eyni vaxtda bir neçə elektrik cihazını qoşmayın;
- elektrik cihazlarını istismar qaydalarına uyğun istifadə edin;
- nasaz və qeyri-standart elektrik cihazından istifadə etməyin;
- elektrik xətti və cihazlarını nəmişlik və sudan qoruyun;
- elektrik cihazını rozetkaya taxarkən çəngəlini kip oturdun;
- elektrik cihazını şəbəkədən ayırarkən çəngəldən tutun;
elektrik qızdırıcı cihazlarını yanar materiallardan (pərdə, mebel və s.) uzaq yerləşdirin, onların üzərinə yanar əşyalar qoymayın;
- elektrik qızdırıcı cihazını yanmayan altlıq üzərinə qoyun;
- evdən çıxarkən elektrik qızdırıcı cihazını şəbəkədən ayırın;
- elektrik şəbəkəsində yanğın baş verdikdə şəbəkə elektrik şitindən söndürülməyibsə, yanğını su və digər elektrik keçirici vasitələrlə söndürmək olmaz.
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...