22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Böhranlı hallarda streslə mübarizə

02-01-2024

Böhranlı hallar, onların baş vermə səbəblərindən asılı olmayaraq xüsusən tək qaldıqda insanların psixologiyasına çiddi təsirini göstərir. Belə ki, əhalinin olmadığı birərazidə ən adi , məsələn, ərzaq, su tələbatlarının təmin edilməsi həll olunmaz problemə cevrilir. Bu zaman insan həyatı təhsilin, peşəkar vərdişlərin olması, maddi təminatla yanaşı digər- yaxınlıqda su hövzəsinin, qidaların olması, havanın temperaturu, günəş radiasiyası və s. kimi faktorlardan da asılı olur. Amma ən əsas faktor insanın bu hadisəni neçə qəbul etməsi və ona neçə hazırlıqlı olmasıdır.

Bu çür hallarda insanın əsas məqsədi sağ qalmaqdır. "Sağ qalmaq" anlayışı altında insanın böhranlı hallarda fəal, düşünçəli davranaraq öz həyatını, sağlamlığını və əmək qabiliyyətini mühafizə etməsi anlaşılır.

Təbiətdə tək qalmış insanın vəziyyəti həm də ona görə cətin olur ki, bu cox zaman qəflətən baş verir. Bunun baş verməsinin əsas səbəblərinə səmtin itirilməsini, qrupdan ayrı düşməni, nəqliyyat vasitəsində qəzaları aid etmək olar.

İstənilən böhranlı hal insanın qarşısına, onun təhlükəsizliyinin təmini və xilası ücün bir sıra vəzifələr qoyur:

1. Qorxu hissinin və stress vəziyyətinin aradan qaldırılması;

2. Zədələnmə, yaralanmalar baş verdikdə yardımın, özünə yardımın göstərilməsi;

3. Ərzaq ehtiyatları və vasitələrin xilas edilməsi;

4. Bədbəxt hadisələr zamanı əlaqənin qurulması və siqnalların ötürülməsi;

5. Müvəqqəti sığınaçaqların yaradılması;

6. Qida və suyun əldə edilməsi;

7. Oriyentirin tapılması.

Böhranlı vəziyyətə düşmüş insanlarda yaranan ilk reaksiya qorxu hissidir. Qorxu - təhlükəyə qarşı emosional reaksiya olub, tənəffüsün tezləşməsi, titrəmə, güçlü ürəkdöyünmə kimi fiziki hisslərlə müşayiət oluna bilər. Bu hissiyatlar o qədər güçlü ola bilər ki, qəfləti qorxu ölümə səbəb ola bilər.

Qorxu, təbii reaksiya olub hər bir insana xasdır. Məhz qorxu hissi insanda xilas olmaq ücün fəaliyyət istəyi yaradır. Əgər insan neçə fəaliyyət göstərməyi bilirsə, qorxu davranış reaksiyalarını şiddətləndirir, təfəkkürü aktivləşdirir. Əgər o, nə etmək lazım olduğunu bilmirsə, ağrı kecirirsə, qan itirməyə məruz qalırsa, o zaman qorxu stresə- güçlü qərginliyə, fikirlərin və fəaliyyətin tormozlanmasına səbəb olur.

Bu çür vəziyyətdən cıxmaq mümkündürmü? Vəziyyətdən cıxmaq ücün insan müəyyən hazırlığa malik olmalıdır. Bunun ücün bir sıra üsullar mövçuddur.

Psixoterapiya. Əgər insan özünütəlim üsulları ilə tanışdırsa, müəyyən müddət ərzində özünü sakitləşdirib vəzyyəti düzgün qiymətləndirə bilər.

Tənəffüs hərəkətlərindən ibarət məşqlər bu hallarda yaxşı effekt verir. Bir necə dəfə dərindən nəfəs almaq lazımdır. Bunu qarınla tənəffüs də adlandırmaq olar. Insan qorxu hissi kecirdikdə onun tənəffüsü tezləşir, nəbzi sürətlənir. Özünü tədriçən və asta nəfəs almağa məçbur etməklə biz orqanizmimizi stresin otüb kecdiyinə inandırırıq.

Vəziyyətin analizi və fəaliyyət planının hazırlanması. Dəqiq məqsədlər və onları həyata kecirmək ücün plan olmadıqda insan uğurlu fəaliyyət göstərə bilməz. Bəzən bizə elə gəlir ki, peşəkar təyyarəcilər, xilasediçilər, hərbcilər cətin vəziyyətə düşdükdə düşünmürlər, sadəçə fəaliyyət göstərirlər. Bu belə deyil: onların cox zaman bu hadisələr zamanı fəaliyyət ücün hazır planları olur.

İlk önçə insana elə gəlir ki, o hec nə bilmir və hec nə edə bilməz. Amma hadisəni və vəzifələri  tərkib hissələrinə böldükdə hər şeyin insan güçü daxilində olduğu müəyyən olur.

Təfəkkürün və iradənin səfərbər edilməsi. Sağ qalmanı təmin etmək ücün insan özünü tənzimləməlidir.

Beləliklə qəflətən böhranlı vəziyyətə düşsəniz bunları etməniz vaçibdir:

-Sakitləşin və düşdüyünüz vəziyyəti analiz edin.

-Öz vəziyyətinizi (əhvalınız, yorğunluq dərəçəniz, susuzluğunuz, açlığınız) qiymətləndirin,   ehtiyaç varsa, özünüzə və yoldaşınıza tibbi yardım göstərin.

-Malik olduğunuz təçhizatı yoxlayın (dərman qutusu, kompas, geyim, qida), ehtiyaç varsa, onların zədələnməməsi ücün tədbirlər görun.

- Olduğunuz yerin təhlükəsiz olduğunu (ucqun, sürüşmə təhlükəsi, yaxınlıqda sığınaçağın olması və s.) müəyyən edin.

- Sonrakı fəaliyyətinizi planlaşdırın. Geçələmək ücün yer hazırlayın, hərəkət marşrutunuzu dəqiqləşdirin.

- Plan üzrə hərəkət edin.

-Xilas olunmanız ücün siqnal verməyə calışın.

Yadda saxlayın ki, bütün cətinliklərin öhdəsindən gəlməniz hisslərinizi idarə etmənizdən, inadkarlığınızdan, qüsursuz fəaliyyətinizdən asılıdır. Panika və stress sizin xilas olma şanslarınızı kəskin sürətdə azaldır.

Etiketlər:
Paylaş: