22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Əhvali-ruhiyyəmizin səbəbi beyin reaksiyalarından irəli gəlir

08-01-2024

Yeniyetmə qızlar üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, həyat hadisələri beynin qalibiyyət və məğlubiyyətə necə reaksiya verdiyindən asılı olaraq depressiv simptomlara fərqli təsir göstərir.

Fhnews.az xəbər verir ki, araşdırma “Biological Psychiatry: Cognitive Neuroscience and Neuroimaging” jurnalında dərc olunub.

Araşdırmaya görə, beyni qalibiyyətə müsbət reaksiya verən uşaqların göstərdiyi əlamətlərdə əhəmiyyətli təsirlər görülüb, beyni itkiyə reaksiya verən uşaqların göstərdiyi əlamətlərdə isə daha çox zərərli təsirlər ortaya çıxıb.

Tədqiqat işinin müəlliflərindən biri Katherine Luking bildirir ki, həyat hadisələrinə məruz qaldıqda, nəticədə əldə olunan qalibiyyət və ya məğlubiyyət sinir reaksiyalarında iki məlum risk faktoru yaratmış olur. Araşdırma göstərir ki, bu iki amil əhvali-ruhiyyəmizə təsir edir və beynimizdən gələn reaksiyaların təsiri səbəbindən formalaşır. Beyin reaksiyaları, gündəlik hadisələrin təsiri və depressiv simptomlar arasındakı əlaqə - risk və ya qoruyucu faktorlardır. Beyni qalibiyyətə, müsbət hadisələrə daha çox reaksiya verən insanlar xoşbəxtdirlər. Araşdırma zamanı 8-14 yaşarası qızlar həyatlarında olan müsbət təcrübələrdən daha yaxşı yararlana biliblər. Digər bir qismi isə davranışları ilə bağlı olmayan neqativ həyat hadisələri (məsələn, təbii fəlakət yaşamaq) əsasında fikirlər nümayiş etdiriblər. Tədqiqatçıların fikrincə, bu o deməkdir ki, itkiyə daha güclü reaksiya verən beyinlər mənfi hadisələrin, xüsusən də onların nəzarətindən kənar hadisələrin təsirinə daha həssasdır.

Tədqiqatçılar bildirirlər ki, depressiyaya qarşı yeni müalicə və qorunma metodları hazırlana bilər. Bu təcrübələrdən istifadə olunmaqla depressiya riskini azalda və ya ona qarşı qorunmanı təmin etmək mümkündür.

Paylaş: