22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yupiterin qırmızı ləkəsi niyə kiçilir?

01-08-2024
IMG

Araşdırmalara görə, Günəş sisteminin ən böyük planeti olan Yupiterin nəhəng qırmızı ləkəsi getdikcə kiçilir.

NASA tərəfindən Yupiter araşdırması üçün kosmosa göndərilən “Juno” uzun illərdir ki, planeti tədqiq edir və yeni tapıntılar əldə etməyə davam edir. Kosmik gəmidən əldə edilən məlumatlar planet haqqında yeni təfərrüatları ortaya çıxarıb.

Yupiterin səthində nəhəng dairə kimi görünən bu qırmızı ləkəni Yerdən də müşahidə etmək olar. Amma diqqətlə baxıldığında bu nöqtənin planetin ətrafında 16 min kilometr dövr edən, Yeri tamamilə udacaq qədər böyük olan və yüz illərdir davam edən bir tufan olduğu düşünülür.
Astronomlar ləkənin nə vaxt və niyə əmələ gəldiyini, hətta niyə qırmızı olduğunu dəqiq bilmirlər. Lakin son müşahidələr qırmızı ləkənin getdikcə azaldığını üzə çıxarıb.

Bildirilir ki, 2012-ci ildən bu yana ləkə daha dairəvi forma alıb və hər il təxminən 900 km sürətlə kiçilir. Mütəxəssislər bu kiçilmənin səbəbini Yupiterdə kiçik tufanların azalması ilə əlaqələndirirlər. Çünki bu bölgə uzun müddət kiçik tufanları udaraq öz ölçüsünü qoruyub saxlaya bilib.
Yale Universitetindən Kaleb Keaveney və komandası qırmızı ləkənin ölçüsünə və kiçilməsinə təsir edən amilləri anlamaq üçün kompüter modellərindən istifadə edərək simulyasiyalar həyata keçirib.

Model ləkənin ətrafındakı kiçik fırtınaları udaraq böyüdüyünü və bu fırtınaların azalmasının ləkənin daralmasına səbəb olduğunu göstərib.
Bu tapıntılar  ləkənin dinamikasını anlamağa kömək edir və Yupiterdə fırtınaların qarşılıqlı təsiri haqqında daha çox məlumat verir.

Paylaş: