Xidmətinin rəisi: Kanaldan çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır
Quba rayonunun Mirzəqışlaq kəndi ərazisindən keçən Samur-Abşeron kanalına düşən və vətəndaşlardan daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılan maralın həyatı təhlükəsi yoxdur.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, kanaldan çıxarılan maral Şahdağ Milli Parkının əməkdaşlarına təhvil verilib və milli parkın İsmayıllı bölməsinə gətirilib.
“Maral baytar həkim tərəfindən müayinə olunub, vəziyyəti normaldır və nəzarət altında saxlanılır”, - deyə o əlavə edib.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...