Van gölü çəkildikcə su altından bina qalıqları görüntülənib
Van gölündəki quraqlıq nəticəsində Bitlis sahillərində görünən bəzi bina qalıqları su altından görüntülənib.Temperaturun artması, buxarlanma və yağıntıların azalması səbəbindən gölün səviyyəsinin aşağı düşdüyü və Van gölünün sahilyanı ərazilərində keçmişdə su altında qalan strukturları görünməyə başlayıb.
Bitlisin Ahlat rayonundan 18 kilometr aralıda yerləşən Adabağda bina xarabalıqları kameranın obyektivinə belə tuş gəlib.
Bəzi binalarda qapı formalı yerlərin olduğu görünür. Binalardan başqa, üzərində fiqurlu çoxlu əsərlər və amfora (dibinə qədər daralan, gövdəsindən daha incə olan saxsı qablar) parçaları və daha nizamlı kəsiklər də maraq doğurub və əlbəttə ki, bu tarixçi-alimlər üçün maraqlı mənbə ola bilər.
Oxucular bu tarixi “Van gölünün sirləri” kitabında da öyrənə bilər.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...