Turistlərin maraq mərkəzi olan Altınbeşik Mağarası
Yay və istirahət mövsümü başlayınca hər kəs gəzməli,görməli məkanlar arayışında olur. İstirahətini qardaş Türkiyədə keçirmək istəyənlər üçün bu yazımız maraqlı ola bilər.
Bu dəfə Antalyanın Altınbeşik mağarasından söz açmaq istəyirik.
Antalyanın İbradı rayonunda dəniz səviyyəsindən təqribən 450 metr yüksəklikdə yerləşən Altınbeşik Düdensuyu Mağarası sarkıtları və dikitləri ilə yerli və xarici turistlərin diqqətini çəkir. Adını yuxarıda yerləşən Altınbeşik təpəsindən alan mağaradan çıxan su yeraltı Beyşehir gölü ilə kəsişir. Mağaraya 200 metr uzunluğundakı yeraltı göldən qayıqla daxil ola bilərsiniz.
Altınbeşik Mağarası Türkiyənin 1-ci, Avropanın isə 3-cü ən böyük sualtı gölü mağarasıdır. Araşdırmalar nəticəsində məlum olub ki, onun daxili qolları ilə birlikdə uzunluğu təqribən 2200 metrə çatıb. Mağara suyunun dərinliyi yerlərdə 15 metrə çatır. Mağaranın içəri hissəsində tapılan travertinlərdən ən böyüyü 44 metr hündürlükdədir. Orta hissədə təbii qayalardan tikilmiş körpü vardır.
Mağara yayda və payızın əvvəlində ziyarətçilər üçün açıqdır. Yaz-qış aylarında suyun qalxması ilə mağara ziyarətçilər üçün bağlı olur.
Mağaranın havası çox rütubətlidir və yayda və qışda temperatur 16-18 °C civarındadır. Ətrafın karst topoqrafiyası və şam meşələri gözəl mənzərə yaradır. Mağara çox uzun və böyük yeraltı sistemin çıxış ucunda yerləşir. Kızılova, Kambos və Söbüce sularını çəkən bu böyük sistem Oruç Düdeni Mağarası altında Altınbeşik-Düdensuyu Mağarasında bitir. Beləliklə, bu nəhəng yeraltı su sistemi dünyanın ən uzun və ən böyük karst sistemlərindən biridir.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...