22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Süni intellektlə yuxu apnesinin qarşısını alan yeni cihaz hazırlanıb

09-08-2024
IMG

Türkiyəli alim Mehmet Balcı süni intellektlə yuxu apnesinin qarşısını alan yeni cihaz hazırlayıb. Xüsusi aparatla  xəstəni tanıyan və fərdi terapiya tətbiq edən cihaz apneni 30 saniyə öncədən aşkar edir. 

Qeyd edək ki, apne yuxu zamanı ən az 10 saniyə davam edən tənəffüs fasilələri nəticəsində yaranır,yuxu rejimini pozur və müalicə edilmədikdə infarkt və insult riskini artırır.İki funksiyalı cihaz xəstəyə veriləcək oksigen miqdarını da tənzimləyir.

Cihaz davamlı və real vaxt rejimində maşın öyrənmə metodu ilə yuxu rahatlığını pozmadan apnenin qarşısını alır. Süni intellektə malik cihaz tənəffüs dəstəyi alan xəstələr üçün də istifadə oluna bilər.Prototipi istehsal edilən və patent prosesi davam edən cihaz xəstəxanada yuxu xidmətlərinin yükünü yüngülləşdirəcək.

Paylaş: