22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sinoptik xəritə nədir?

04-05-2024
IMG

Sinoptik xəritə — müəyyən zamanda meteoroloji müşahidə məntəqələrində əldə edilən məlumatların təhlilinin rəqəm və şərti işarələrlə köçürüldüyü coğrafi xəritədir. Belə xəritələr hava xidməti orqanlarında müntəzəm olaraq gün ərzində bir neçə dəfə tərtib edilir. Əsasən bu xəritələrin təhlili vasitəsilə havanın proqnozu təyin edilir. Tərkibinə görə sinoptik xəritələr: yerüstü, dairəvi və yüksəklik xəritələrinə bölünür.

Yerüstü hava xəritəsi meteoroloji müşahidə məntəqələrinin məlumatına əsasən hər 3 saatdan bir tərtib edilir. Xəritənin üzərində KN-01 beynəlxalq sinoptik kodu vasitəsilə müxtəlif meteoroloji elementlər yazılır.

Paylaş: