Sağlam həyat seçimləri etmək üçün heç vaxt gec deyil
İnsanların ömrünü uzatmaq üçün edə biləcəkləri tək bir addım belə kifayətdir, yetər ki, əzmli olasan. Yeni bir araşdırmaya görə, hətta 75 yaşında da siqareti tərgitmək ömrü uzadır. Miçiqan Universitetinin ictimai səhiyyə alimlərinin araşdırmaları sağlam həyat seçimləri etmək üçün heç vaxt gec olmadığını göstərir.
Bu məlumat həyatı boyu siqaret çəkən, xərçəng və ya ürək-damar xəstəliklərinə tutulma riskini qəbul edən insanlar üçün mühüm motivasiya mənbəyi ola bilər. Təxminən 13 min orta yaşlı kişini incələyən araşdırmada gündə 30 və ya daha çox siqaret çəkənlərin yaxın 25 ildə ölüm riskinin yüzdə 21 daha çox olduğu müəyyən edilmişdir. Bir çox araşdırmalar isə göstərir ki, siqareti tərgitmək bütün yaşlarda qısamüddətli sağlamlıq faydaları təmin edir. Tədqiqatçıları aşkar ediblər ki, uzunmüddətli fayda yalnız gənc və orta yaşlı siqaret çəkənlərə aid deyil. 35-75 yaş arasında siqareti buraxanların ömrü də xeyli uzanır.
İctimai səhiyyə məlumatlarından istifadə etməklə aparılan hesablamalar müxtəlif yaşlarda siqaret çəkmə ilə itirdiyi illəri və siqareti buraxmaqla qazanılan illəri ortaya qoyur.
Mövcud araşdırmalar 75 yaşında siqaret çəkənlərin ömrünün orta hesabla 4,4 il azalacağını proqnozlaşdırır. Bununla belə, 65 və 75 yaşlarında siqareti buraxanların bir il daha uzun ömür uzatma ehtimalı müvafiq olaraq yüzdə 23 və 14 faiz olaraq hesablanır.
Tədqiqat göstərir ki, siqareti hətta qocalıqda atmaq dünyada vaxt itkisi deyil,əksinə, ömrü uzada bilər. Bu tapıntılar həkimlərin siqaret çəkən xəstələrini buraxmağa həvəsləndirmələri üçün elmi dəlillər təqdim edir.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...