22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qızılla yarışan bitki-zəfəran…

10-10-2024
IMG

Torpaqda yetişdirilən bitkilərin bazar dəyərinin ən yüksək olduğu şübhəsiz ki, zəfərandır. O qədər qiymətlidir ki, bəzən onu qızılla müqayisə edirlər. Bu gün bir qramı orta hesabla 30 avroya alıcı tapır.

İspan mətbəxinin vazkeçilməz hissəsi olan zəfəranlı düyü, zerde deserti və ya paellanın əsas tərkib hissələrindən biridir. Keçmişdən bu günə qədər parça boyası üçün də istifadə edilmişdir. Sarayda istifadə edilən paltarlara sarı rəng zəfərandan alınırdı, xalça və kilimlər toxunarkən də ondan istifadə edilirdi. 

Türklər tərəfindən Yaxın Şərqə və Anadoluya lalə kimi gətirildiyi güman edilən və süsən ailəsindən olan zəfəran Osmanlı mətbəxinin vazkeçilməz bir parçası olduğu üçün bir zamanlar bol-bol yetişdirilib.

Adını Safranbolu şəhərinə verən bu çiçəyin istehsalı zaman keçdikcə azaldı, hətta sona çatdı. Dünyada zəfəran yetişdirən ölkələr bu ədviyyatdan çox yüksək valyuta gəliri əldə edirlər. Dünyada ən çox zəfəran istehsalı İranda, ondan sonra Hindistan və Yunanıstandadır.

İspaniya, Əfqanıstan, Pakistan, Mərakeş, İtaliya və Azərbaycan digər istehsalçı ölkələr sırasındadır.

2000-ci illərin əvvəllərinə qədər Türkiyənin 31 vilayətində də çox az miqdarda zəfəran yetişdirilirdi. 

Kosmetika, əczaçılıq və qida sənayesində istifadə olunan zəfəran avqust ayında əkilir, oktyabr-noyabr aylarında yığılır.Göz xəstəlikləri, bəzi şişlər, Alzheimer və Parkinson kimi xəstəliklərin müalicəsində zəfəranla bağlı araşdırmalar davam edir.

Zəfəran üzüm kimi iqlim və torpaq quruluşu tələb etdiyi üçün üzüm yetişdirilən hər yerdə yetişdirilə bilər. Bu o deməkdir ki, Türkiyənin demək olar ki, hər yerində yetişdirilə bilər.Anadoluda bu günə qədər 39 fərqli növü müəyyən edilən zəfəran daha çox Karabükün Safranbolu rayonunda yetişdirilir. Əskişəhər son illərdə ən böyük inkişafa nail olan vilayət olub.

Paylaş: