Qablaşdırmada istifadə olunan kimyəvi maddələrin dörddə biri insan orqanizmində aşkar edilib
Alimlər qidaları əhatə edən qablaşdırmanın insan orqanizminə nə dərəcədə sızdığını müəyyən edib. Qida qablaşdırmasında istifadə edildiyi bilinən 14 minə yaxın kimyəvi maddədən 3601-nin, yəni dörddə birindən çoxunun orqanizmə daxil olduğu müəyyən edilib. Bu kimyəvi maddələr saçda, qanda və ana südündə tapılıb.
Tədqiqat üçün əvvəlcə paketlərdə olan kimyəvi maddələrin siyahısı tərtib edilib. Daha sonra bu maddələr qlobal toxuma banklarının məlumat bazalarında axtarılıb. Bu kimyəvilər təbiətdə çox uzun müddət qala bildiyi üçün "sonsuz kimyəvi maddələr" adlandırılan metallar, uçucu üzvi birləşmələr, poliftoralkil maddələr kimi endokrin sistemini zədələyən və xəstəliklərə səbəb olan bir çox maddələri ehtiva edir. Elm adamları insan orqanizmində tapılan kimyəvi maddələrin siyahısının aşkarlanmasının gələcək sağlamlıq araşdırmalarına fayda verəcəyini deyirlər.
Tədqiqatçı Ceyn Munkenin fikrincə, insan sağlamlığına mənfi təsirləri bilinən zərərli kimyəvi maddələr qablaşdırmadan sızır. Muncke bildirib ki, qida paketləri arasında ən çox kimyəvi maddə plastikdən gəlir.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...