22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Okean suyunun temperaturunun yüksəlməsi dəniz canlılarını qütblərə doğru köç etməyə məcbur edir

22-05-2024
IMG

2023-cü ildə qlobal orta temperatur rekordları qırsa da, bu, dəniz səthi sularının temperaturunda da özünü göstərdi. ABŞ-nın Maine Universiteti alimləri araşdırıblar ki, dəniz səthi suyunun temperaturu 14 mart 2023-cü ildən bu günə qədər hər gün tarixi məlumatlarla müqayisədə rekord qırıb.

“College de France” Davamlı İnkişaf, Ətraf Mühit, Enerji və Cəmiyyət departamentinin professoru Gilles Boeuf temperaturun artmasının dəniz canlılarını köç etməyə məcbur etdiyini ifadə edərək deyib ki, hərəkət edə bilən bütün canlılar ayrılır, amma hərəkət edə bilməyənlər üçün vəziyyət fəlakətlidir. Köçə bilməyən canlılar dənizdəki oksigen səviyyəsinin azalması səbəbindən ölürlər. Məsələn, bir neçə il əvvəl Aralıq dənizi, Türkiyə və Yunanıstanın yerləşdiyi bölgələrdə, onurğasızlarda dəniz həyatı ölümləri yüksək səviyyədə qeydə alınıb. 

Şimal yarımkürəsində daha sərin sular axtaran dəniz canlılarının Şimal, cənub yarımkürəsindəkilərin isə Cənub qütbünə doğru hərəkət etdiyini ifadə edən alim bütün canlıların eyni sürətlə hərəkət edə bilməyəcəyini xatırladıb.

Vəziyyətin hətta hərəkət edən canlılar üçün də təhlükəli olduğunu ifadə edən Boeuf Avropa qitəsində temperaturun 1 dərəcə artması nəticəsində bölgədəki canlıların daha ahəngdar yaşamaq üçün orta hesabla 250 kilometr şimala köç etməli olacaqlarını  deyib.

Paylaş: