Kərtənkələ növlərində kəşf edilən "6-cı hiss"
Alimlər gekkosların "6-cı hiss"ə sahib olduğunu müəyyən ediblər. Tapıntılar həm insanların, həm də digər heyvanların eşitmə qabiliyyətinin necə inkişaf etdiyinə işıq sala bilər.
Bir çox sürünənlərin havada hərəkət edən səs dalğalarını eşitmək qabiliyyəti yoxdur. Bu canlılar yerdəki titrəyişləri hiss edərək "eşidirlər".
Digər tərəfdən, keçən il aparılan bir araşdırmada bəzi ilan növlərinin havada səsləri və insanların qışqırıqlarını eşidə bildiyi qeyd edilib.
Kərtənkələ növü olan Gekkos da havada yayılan səsləri eşidə bilir. Bundan əlavə, bu heyvanların daxili qulağındakı kisə onların tarazlığının qorunmasında mühüm rol oynayır.
“Current Biology” jurnalında dərc edilən son araşdırmada məlum olub ki, sözügedən vezikül gekkonlara aşağı tezlikli səsləri aşkar etməyə imkan verir. Elm adamlarının 6-cı duyğuya bənzətdiyi bu qabiliyyət sürünənlərin yaşadıqları mühitlə bağlı qavrayışlarını da formalaşdırır.
Merilend Universitetinin tədqiqatçıları laboratoriya mühitində Gekko kərtənkələlərini bir sıra müxtəlif stimullara məruz qoyublar. Bu arada, daxili qulaqda vezikülün reaksiyaları müşahidə edilib.
Vezikülün 50-200 Hz diapazonunda səsləri tutduğunu qeyd edən tədqiqatçılar bunun gekkoların yalnız qulaqları ilə eşitdiyi tezlikdən xeyli aşağı olduğunu bildirirlər.
Alimlərin fikrincə, bu, vezikülün eşitmə sistemini dəstəkləməkdə xüsusi rol oynadığını deməyə əsas verir.
Yeni araşdırma eşitmə qabiliyyətinin inkişaf etmədiyi güman edilən digər heyvanların ünsiyyət qurma yolları haqqında yeni tapıntılar verə bilər. Eşitmədiyi düşünülən digər sürünənlər də ətraflarını bənzər bir mexanizmlə qəbul edə bilərlər.
Yeni tədqiqat insanın eşitmə sistemi ilə birbaşa əlaqəli deyil, lakin elm adamları bəzi oxşarlıqların olduğunu düşünürlər.
Tədqiqatçılar ümid edirlər ki, tapıntılar məməlilərin eşitmə sistemləri üzrə tədqiqatlara yol açacaq.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...