İqlim dəyişikliyi meyvələrdə məhsul itkisinə səbəb olur
Mütəxəssislər xəbərdarlıq edirlər ki, temperaturun artması, quraqlıq və mövsümi balanssızlıq meyvə ağaclarının erkən çiçəklənməsinə və buna uyğun olaraq məhsuldarlığın itirilməsinə və keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Türkiyəli professor alim Ayzin Küden meyvə ağaclarının qışda növlərinə görə dəyişən dövrlərdə soyuq havaya məruz qalmasının lazım olduğunu söyləyib.
"Soyutma tələbi, bitkilərin çiçək açıb meyvə verməsi üçün aşağı temperaturda keçirməli olduğu müddət olaraq təyin olunur. Bu müddət ümumiyyətlə 7 dərəcənin altındakı saatların cəmi olaraq hesablanır. Aralıq dənizi bölgəsində qısa sərinləmə müddəti müddət 500-600 saat civarındadır, indi isə 600 saatdır."-deyən alim təəssüf ki, reallıqda bunun olmadığını deyib.
Küden İtaliya, İspaniya, Əlcəzair, Tunis, Mərakeş və Yunanıstan kimi ölkələrin yerləşdiyi Aralıq dənizi bölgəsində payız aylarında yüksək temperatur, qış mövsümünün gec başlaması və isti olması kimi amillərin vəziyyəti dəyişdirdiyini ifadə etdi. Ağacların qönçələnmə və çiçəkləmə biokimyasına təsir etdiyini və bu vəziyyətin meyvə ağaclarını təsir etdiyini və bəzi növlərin normaldan daha erkən çiçək açmasına səbəb olduğunu ifadə etdi.Bu vəziyyət Türkiyədə də eynidir.
Son zamanlar İç Anadolu və Şərqi Anadoluda aprel ayında qar yağdığını və bunun gec yaz şaxtası adlandırıldığını ifadə edən Küdenin fikrincə, bu vəziyyət çiçək açan ağaclara zərər verə bilər. Ağaclar çiçək açmadan donma riski yoxdur,lakin çiçəklənməyə başlayanda daha həssas olurlar və donma riski olur.
Bunun üçün qlobal iqlim dəyişikliyi nəzərə alınaraq uyğun sortların seçilməsi və regional uyğunlaşma strategiyalarının hazırlanması vacibdir.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...