22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İngiltərədə siqaret qadağası başlayır

18-07-2024
IMG

İngiltərədə hökumət yeni siqaret qadağası tətbiq edir. Plana görə, 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulanlar qanunvericiliyə görə tütün ala bilməyəcək. Siqaret çəkməyin qadağan edilməsi planını ilk dəfə keçmiş baş nazir Rishi Sunak irəli sürsə də, yeni baş nazir Keir Starmer bunu qanuniləşdirməyə söz verib.

İngiltərə kralı Çarlz da dünənki çıxışında siqaret qadağasına toxunaraq planı dəstəkləyib.

Plan o deməkdir ki, 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulan hər kəs qanuni olaraq tütün ala bilməyəcək. Elektron siqaretlərin  satışına da məhdudiyyətlər qoyulacaq. Sunak tərəfindən ilk dəfə təqdim edildikdə, qanun layihəsi bütün partiyaların dəstəyini almış və "bir nəsildə ən böyük ictimai sağlamlıq qanun layihəsi" adlandırılmışdı.

Qanun layihəsinin lehinə 67,əleyhinə 383 səs verilib. Lakin qanun layihəsi parlamentdən keçməzdən əvvəl ümumi seçki təyin olunduğu üçün ləğv edilib.

İslahatlar qanuni siqaret çəkmə yaşının tədricən artırılmasını və gələcək nəslin siqaret almasını qadağan etməyi əhatə edir.

Qanun layihəsi həmçinin elektron siqaretlərin satışı və brendinqi sahəsində islahatların aparılması, onların uşaq və yeniyetmələr üçün cəlbediciliyinin azaldılması üçün yol açır.

Paylaş: