22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İncildə adı çəkilən “itirilmiş ağac” min illik sirli toxumdan yetişdirilib

25-09-2024
IMG

Bibliya mətnlərində "tsori" adlanan ağac qatranı ətir, buxur, katarakta dərmanı, balzamlama materialı və antidot kimi istifadə oluna biləcəyi üçün çox qiymətli olub. Yeni bir araşdırma, Yerusəlim yaxınlığındakı səhra mağarasında tapılan qədim toxumdan yetişdirilən ağacın qatranının “İncil” də bəhs edilən müalicəvi məlhəm mənbəyi ola biləcəyini ortaya qoyub.

Təxminən 2 santimetr uzunluğunda olan qəribə toxum 15 il əvvəl Yəhudiyə səhrasındakı bir mağarada aşkar edilib və eramızın 993-cü ilindən 1202-ci ilinə qədər olan dövrə aid olduğu müəyyən edilib. İllərlə bitki yetişdirməyə çalışdıqdan sonra tədqiqatçılar “Şəba” adını verdikləri tingi müəyyən edə biliblər. DNT analizi ağacın Afrika, Madaqaskar və Ərəbistan yarımadasında yayılan və aromatik saqqız qatranları ilə tanınan Commiphora ailəsindən unikal bir növə aid olduğunu müəyyən edib.

Tədqiqatçılar "Şeba" ağacının Bibliya dövründə yalnız cənub Levanta səhra bölgəsində yetişdirilən "Yudeya balzamı" və ya "Yəhudeya balzamı"nın mənbəyi ola biləcəyini fərz edirlər. 

Yəhudeya balzamı eramızdan əvvəl 4-cü əsrdən eramızın 8-ci əsrinə qədər Ellinistik, Roma-Bizans və Post-klassik ədəbiyyatda geniş şəkildə təsvir edilmişdir.

Bibliya mətnlərində "tsori" adlanan ağac qatranı qədim dünyada çox qiymətli olub və bütün Roma İmperiyasına ixrac edilib. Keçmiş tədqiqatlar balzamın ətir, katarakta dərmanı, balzamlama materialı və antidot kimi istifadə edildiyini fərz edib. 

Yeni DNT araşdırması göstərir ki, "Şəba" ağacı çox güman ki, bibliya dövründə əfsanəvi ətir ağacı olan Yəhudeya balzamının yetişdirildiyi mənbə  kimi istifadə edilmişdir.
Fidan hələ çiçək açmayıb, meyvə verməyib. Tədqiqatçılar hesab edirlər ki, bu, ağacı müasir əlaqəli növlərlə müqayisə etməyi asanlaşdıracaq. Fidanın hazırda böyüdüyü mühitin onun çiçəklənməsi və çoxalması üçün əlverişli olmaya biləcəyini düşünürlər.

Elm adamları yeni araşdırmanın qədim mədəniyyətlər üçün əhəmiyyətli ola biləcək növlərin geri qaytarılmasının vacibliyinə də işıq saldığını düşünürlər.

Paylaş: