İldırım hadisəsi zamanı bulud daxilində və ya buludla yer səthi arasında göy gurultusu ilə müşayiət olunan elektrik boşalmaları baş verir.
Xarici görünüşünə və fiziki xüsusiyyətlərinə görə ildırımın 4 növü var:
Xətti şaxələnən ildırım ən çox müşahidə olunan atmosfer elektrikliyinin nəhəng qığılcımla boşalmasıdır.
Xətti ildırım buludun öz daxilində iki bulud arasında və buludla yer arasında baş verə bilər.
Yastı ildırım səssiz, qırmızımtıl işıqlanan buludun bir hissəsində tac boşalmalarında yaranan effektdir.
Kürəşəkilli ildırım təbiətin çox nadir, müəmmalı və qəribə hadisəsidir. O kürəvi formadadır, yumruq bəzən də futbol topu və ondan da böyük günəş kimi parlaq olur.