22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Gecə gec yatan insanlarda şəkərli diabetin yaranma riski yüksəkdir
 

10-09-2024
IMG

Niderlandlı tədqiqatçılar gecə gec yatan insanlarda şəkərli diabet və piylənmə xəstəliklərinin yaranmasını araşdırıblar.

Fhnews.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar orta yaşı 56 və orta bədən kütlə indeksi 30 olan 5 mindən çox insanın yuxu və oyanma saatlarını qeydə alıblar.

Müvafiq olaraq, tədqiqatçılar iştirakçıları yuxu və oyanma saatlarına görə 3 kateqoriyaya ayırıblar. Onlardan 20 faiz erkən xronotip, 20 faiz gec xronotip və 60 faiz normal xronotip sayılıb. Tədqiqatçılar bütün iştirakçıların bədən kütləsi indeksini hesablamaqla yanaşı, onlardan 1526 nəfərin daxili orqanlarının yağ tərkibini də ölçüblər.

İştirakçıların yaş, cins, təhsil, bədən yağ faizi və həyat tərzi kimi şərtlərini nəzərə alan tədqiqatçılar müəyyən ediblər ki, şəkərli diabet və piylənmənin yaranma riski gec yatan şəxslərdə 46 faiz daha yüksəkdir.

Tədqiqatın müəllifi Jeroen van der Veld verdiyi açıqlamada vurğulayıb ki, gecə gec yatan insanlar axşam saatlarında yemək yeməyə daha çox meyillidir. Axşam müəyyən vaxtdan sonra yemək maddələr mübadiləsi üçün təhlükəli olur.

Paylaş: