Elm dünyasından qəhvə və çay həvəskarlarına şad xəbər
Hər kəsin sevərək içdiyi qəhvə və çayın sağlamlığımız üçün zərərli olduğuna dair bir çox iddialar səsləndirilib. Ancaq yeni bir araşdırma bu içkilərin ürək sağlamlığına müsbət təsir göstərə biləcəyini göstərdi.
Çin və İsveç alimlərinin UK Biobank məlumatlarını araşdırdıqları araşdırma, qəhvə və çayda olan kofeinin ürək sağlamlığı üçün faydalı olduğunu ortaya qoyub.Araşdırmaya görə, müntəzəm olaraq qəhvə və çay qəbul edən insanlarda hipertoniya, insult, şəkərli diabet və koroner ürək xəstəliyi kimi kardiometabolik pozğunluqların inkişaf riski əhəmiyyətli dərəcədə azalır.
Konkret olaraq, gündə üç fincan qəhvə və ya beş fincan çay içənlər bu xəstəliklərin iki və ya daha çoxunun inkişaf riskini 40 faizdən çox azaldıblar.
Tədqiqata qatılan 300 mindən çox insanın sağlamlıq məlumatları orta hesabla 11 il izlənilib.
Bu müddət ərzində həm qəhvə, həm də çay içənlərin ürək-damar sağlamlığında onu içməyənlərdən daha yaxşı nəticələr əldə edilib.
Nəticə olaraq, bu araşdırma qəhvə və çayın ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynaya biləcəyini göstərir. Bununla belə, bu tapıntıların əlavə araşdırmalarla təsdiqlənməsinə ehtiyac olduğu bildirilir.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...