22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Düzgün nəfəs almaq ömrü uzadır

23-04-2024

Düzgün nəfəs almaq bədənimizin oksigeni qəbul etməsini və karbon qazını düzgün şəkildə çıxarmasını təmin edir. Bundan əlavə, nəfəs alma üsulları stressi azaldır, zehni aydınlığı artırır və ümumi sağlamlığı yaxşılaşdırır.

Fhnews.az Türkiyə mediasına istinadla düzgün nəfəs almağın faydaları barədə məlumat verir.

Nəfəs alma məşqləri sağlam həyatın vacib hissəsi hesab olunur. Ümumiyyətlə, dərin və idarə olunan tənəffüs üsullarını ehtiva edən bu məşqlər, vücudumuzun ehtiyac duyduğu oksigeni almasını və karbon qazını çıxarmasını təmin edir.

Stressi azaldır. Düzgün nəfəs alma məşqləri bədəni rahatlamağa yardımçı ola bilər ki, bu da stress hormonlarını azaltmağa kömək edir. Dərin nəfəs alma parasimpatik sinir sistemini stimullaşdırır, bu da sinir sistemini sakitləşdirir və istirahət etməyə imkan verir.

Emosional tarazlığı artırır. Düzgün nəfəs alma məşqləri zehni və emosional tarazlığı qorumaq üçün təsirli bir vasitə ola bilər. Müntəzəm olaraq həyata keçirildikdə, onun sakitləşdirici təsiri emosional tarazlığı qorumağa və stresslə daha yaxşı mübarizə aparmağa kömək edir.

Diqqəti artırır. Dərin nəfəs alma və diqqət zehni aydınlığı artıra bilər. Düzgün nəfəs alma məşqləri diqqəti artırır, zehni sakitləşdirir və diqqəti daha asanlaşdırır.

Qan təzyiqini aşağı salır. Dərin və yavaş nəfəs almaq qan təzyiqini aşağı salmağa kömək edə bilər. Bu, ürək sağlamlığını yaxşılaşdırmağa və hipertansiyon riskini azaltmağa kömək edir.

İmmunitet sistemini gücləndirir. Stressi azaltmaq və bədəni istirahət rejiminə salmaq immunitet sistemini dəstəkləyir. Bu faydaları əldə etmək üçün mütəmadi olaraq nəfəs məşqləri etmək vacibdir. Bununla belə, xroniki sağlamlıq vəziyyəti varsa və ya hər hansı bir simptom, problem yaşanılırsa, əvvəlcə həkimlə məsləhətləşmək yaxşı olar.

Paylaş: