22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünyanın ən pis qoxulu çiçəkləri

19-06-2024
IMG

Dünyanın ən pis qoxulu çiçəyi və "cəsəd” çiçəyi kimi tanınan Titan arum və dünyanın ən nadir çiçəklərindən biri olan kimyəvi qoxulu Aristolochia goldiena ilk dəfə Londondakı Kev Gardens Kral Nəbatat Bağında eyni vaxtda çiçək açıb.

Kev Gardens tərəfindən verilən açıqlamaya görə, Aristolochia goldiena botanika bağında  üçüncü dəfə çiçək açıb.Açıqlamada 3 metr hündürlükdə və təxminən 48 saat yaşayan Aristolochia goldienanın ilk çiçəyinin 1990-cı ildə, ikincisinin isə 2023-cü ildə açdığı, qoxusunun kimyəvi maddələrə bənzədiyi bildirilib.

Maraqlıdır li, 1889-cu ildən botanika bağçasında olan çiçək ilk dəfə 1926-cı ildə açıb.Çürük ət qoxusuna görə "cəsəd çiçəyi" və "dünyanın ən pis qoxulu çiçəyi" adı verilən titan arumun sonuncu dəfə 2021-ci ildə çiçək açdığına dair məlumatlar da yer alıb.

Titan arum və Aristolochia goldiena ilk dəfə eyni vaxtda çiçək açıb və iki bitki tozcuqları özünə çəkmək üçün pis qoxu yayıb. 

Deyilənə görə, bu güllərin çiçəklənməsinə kömək etmək üçün Kev Gardens əməkdaşları iki çiçəyin tozcuqlarını əl ilə toplayıb, dondurub sonrakı illərdə çiçəklərə köçürüblər.

Paylaş: