22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bu gün Göygölün yarandığı gündür

30-09-2024
IMG

Təbii fəlakətlər bəzən gözəlliklər yaradır. Bəlkə də bu gözəlliklərin ən gözəl nümunəsi dağların qoynunda nazlanan zümrüd rəngli Göygöldur. 30 sentyabr Göngölün yarandığı gündür. Kiçik Qafqazın yamacında, qalın meşələrlə əhatə olunmuş, dəniz səviyyəsindən 1 500 metr yüksəklikdə yerləşən Göygöl (suyunun şəffaflığına görə belə adlandırılıb) Azərbaycanın ən gözəl göllərindən hesab olunur. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib və bu möhtəşəm mənzərəli gölün yaranmasına səbəb olub. Öz gözəlliyi ilə seçilən Göygöl illər boyu Azərbaycan rəssamlarının, musiqiçilərinin, yazıçılarının ilham qaynağı olub.

Parkın heyvanlar aləmi bir çox vəhşi heyvan və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və s. göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin - Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı kitablara düşmüşdür. Qırmızı kitablarda Göygöldə yaşayan və və qorunan forel balığının və bir çox quşların da adı vardır.

Göygöl Milli Parkının əsas hissəsi zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100–2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-a qədər ağac və kol növünə malikdir.

Göygöl qoruğu ölkəmizdə yaradılan ilk qoruq olub.  Azərbaycan Respublikasının Prezidentinin 01 aprel 2008-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının  təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, təbii resursların səmərəli istifadə edilməsi, ekoturizmin inkişaf etdirilməsi və respublikanın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə Göygöl Milli Parkı yaradılıb.

Hazırda turistlərin ən çox ziyarət etiyi Göygöl Milli Parkı 12755 hektarlıq sahəsini əhatə edir.

 

Elnur Müslümoğlu

Paylaş: