Beyin idrak qabiliyyətini azaldan zəhərli zülalları necə kənarlaşdırır?
Alzheimer xəstəliyi dünyada təxminən 32 milyon insana təsir edir və müalicəsi yoxdur. Bu xəstəliyin arxasında duran aparıcı nəzəriyyələrdən biri beyində beta-amiloid və tau zülallarının yığılmasıdır. Oreqon Sağlamlıq və Elm Universitetinin tədqiqatçıları ilk dəfə beynin limfatik sisteminin daha sonra problemlərə səbəb ola biləcək “tullantıları” necə kənarlaşdırdığını araşdırıblar. Alimlər hesab edirlər ki, bu nəticə beynin tullantıları çıxaran sisteminin düzgün işləməsi üçün keyfiyyətli yuxunun vacibliyini göstərir. Lakin araşdırma nəticəsinin Alzheimer xəstəliyi və demensiyanın digər formaları üçün nə dərəcədə təsir göstərə biləcəyi hələ ki, aydın deyil.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçılar araşdırma nəticəsində Alzheimer xəstəliyinin - hazırda dünyada təxminən 32 milyon insana təsir edən və müalicəsi olmayan demensiya növünün səbəblərini anlamağa yaxınlaşırlar.
Tibb Fakültəsinin Nevrologiya şöbəsinin professoru Xuan Piantino bildirib ki, Alzheimer və bir sıra digər beyin xəstəlikləri, məsələn, Parkinson xəstəliyi - beyində zülalların anormal toplanmasından qaynaqlanır: “Bu zülalların çıxarılması beyin sağlamlığı üçün vacibdir, lakin proses tam anlaşılmır. Əgər beynimizin bu cür zülalları çıxarmaq qabiliyyətini yaxşılaşdıra bilsək, xəstəliklərin gedişatını da dəyişdirə bilərik. Mən ilk dəfə olaraq beynin limfatik sisteminin bu zülalları necə “təmizlədiyini” göstərən araşdırmanın baş müəllifiyəm. Araşdırmamızın nəticəsi onu deməyə əsas verir ki, tullantıların təmizlənməsi sisteminin səmərəli işləməsini təmin etmək üçün kifayət qədər keyfiyyətli yuxu olmalıdır. Bu cür sağlam həyat tərzi tədbirlərini tətbiq etmək əhəmiyyətlidir”.
Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...