Avstraliya polisi ölkədən yüzlərlə kərtənkələnin çıxarılmasının qarşısını alıb
Avstraliyanın hüquq-mühafizə orqanları yüzlərlə kərtənkələni qanunsuz olaraq Honkonqa aparmağa cəhd göstərən cinayətkar qruplaşmanı zərərsizləşdirib.
Fhnews.az BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, Yeni Cənubi Uels polisinin məlumatına görə, sürünənlərin bazar qiyməti 805 min dollar həcmində qiymətləndirilir. Müsadirə edilən 257 kərtənkələ və 3 ilan müalicə olunaraq vəhşi təbiətə buraxılıb.
Əməliyyat zamanı saxlanılan şübhəlilər qaçaqmalçılıq və cinayətkar qruplaşmada iştirak kimi cinayətlərdə ittiham edilir. Günahları sübuta yetirilərsə, onları 15 ilədək həbs cəzası gözləyir.
Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə Honkonq son illər ekzotik heyvanların beynəlxalq ticarət mərkəzinə çevrilib.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...