22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Araşdırma: Arıqladan dərmanlar infarkt riskini azalda bilər

08-06-2024
IMG

Arıqladan dərmanlar infarkt riskini azalda bilər.

Fhnews.az BBC-yə istinadla xəbər verir ki, yeni bir araşdırmaya görə, piylənmə ilə mübarizə üçün hazırlanmış dərmanlar itirilən çəkidən asılı olmayaraq insanların infarkt və insult riskini azalda bilər. Tədqiqatçılar iştahı kəsən və müxtəlif markalar altında satılan semaqlutidin təsirini araşdırıblar.

Tədqiqat qrupu, piylənmə ilə mübarizə aparmaq üçün hazırlanmış inyeksiyaların milyonlarla insanın ürək-damar sağlamlığına da fayda verə biləcəyini aşkarlayıb. Qrupa rəhbərlik edən professor Con Dinfild ümumi dərmanın qan şəkərinə, qan təzyiqinə və iltihaba müsbət təsir göstərə biləcəyini, həmçinin ürək əzələsi və damarlarına birbaşa təsir göstərə biləcəyini deyib. Beş illik tədqiqatda semaqlutid istehsalçısı Novo Nordisk tərəfindən aparılan sınaq məlumatlarından istifadə edərək 41 ölkədən 45 yaşdan yuxarı 17 min 604 insan araşdırılıb. Bildirib ki, yaşlanma ilə bağlı bir çox xroniki xəstəlikləri də dəyişdirə biləcək dərmanlar artıq mövcuddur.

Qeyd olunub ki, həmin dərmanlar yaxşı qidalanma və idman üçün tez həlledici və ya əvəzedici deyildir. Bu dərmanlar yalnız həkim nəzarəti altında, onun məsləhəti ilə istifadə edilməlidir.

Paylaş: