22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Antisiklon nədir?

10-06-2024
IMG
Antisiklon - mərkəzində yüksək təzyiq sahəsi olan qapalı izobarlar sahəsinə deyilir. 
Antisiklonda təzyiq mərkəzdən kənarlara doğru azalır. Buna görə də antisiklonların hər hansı bir nöqtəsində barik qradiyent mərkəzdən kənarlara doğru yönəlmişdir. Eyni zamanda, hava kütlələri antisiklonlarda saat əqrəbi istiqamətində (şimal yarımkürəsində) hərəkət edirlər.
 Antisiklonlar - yüksək təzyiq sahələri olaraq bircins hava kütlələrində yaranırlar. Antisiklonlarda əsasən yayda isti, qışda soyuq hava kütlələri müşahidə olunur.
Siklondan fərqli olaraq yerüstü xəritədə antisiklon mərkəzindən cəbhə xətti keçə bilməz. Antisiklonlar üçün inversiya təbəqələrinin yaranması səciyyəvidir.
Paylaş: