Alimlər demans riskini azaltmağın yolunu tapıblar
Alimlər ürək sağlamlığını qorumaqla demans riskini azaltmağın mümkün olduğunu bildirirlər.
Amerika Ürək Dərnəyi (AHA) tərəfindən aparılan bir araşdırmaya görə erkən yaşda həyat tərzinin düzgün qurulması qocalıqda demans riskini azaldır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ölümlərin çoxu koronar arteriya xəstəliyindən qaynaqlanır. Ürək toxumasına təmiz qan daşıyan damarların tıxanması nəticəsində yaranan bu xəstəlikdən ölənlərin sayı 2000-ci ildə 6,4 milyon nəfər olduğu halda, 2021-ci ildə bu rəqəm 9,1 milyona yüksəlib.
Bu xəstəlik beyinə də ciddi ziyan vurur. AHA-nın araşdırması göstərir ki, koronar arteriya qan axınına mənfi təsir göstərir və beyin damarlarının zədələnməsinə səbəb olur. Yüksək qan təzyiqi və tip 2 diabetin də beynə qan axını azalda və iltihabı artıraraq bilişsel geriləmə və demensiyaya səbəb ola biləcəyi vurğulanır.
Tədqiqat göstərir ki, koroner ürək xəstəliyi demans riskini 27 faiz artırır.
ABŞ-nın İllinoys Universitetinin alimi Fernando Testai araşdırmalarla bağlı bunları deyib:
“Əldə etdiyimiz sübutlar göstərir ki, ürək və beyin arasındakı iki istiqamətli əlaqə düşündüyümüzdən daha dərindir. Diabet kimi ürək xəstəliyi ilə əlaqəli damar risk faktorları beyində beta-amiloid səviyyəsini artıra bilər. Bu, Alzheimer xəstəliyinin fərqləndirici xüsusiyyəti hesab olunur.”
Beta-amiloidin ürəkdə də olduğunu və tez-tez ürək xəstəlikləri ilə əlaqəli olduğunu qeyd edən Testai bunun ürək və beyin arasında fundamental biokimyəvi əlaqədən yarandığını deyib.
Tədqiqatçılar ürək sağlamlığını müntəzəm yuxu, balanslı qidalanma, stressi azaltmaq və məşq kimi həyat tərzi dəyişiklikləri ilə qorumağı tövsiyə edir.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...