22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

9-cu planet üçün rəqib nəzəriyyə

12-09-2024
IMG

Alimlər milyardlarla il əvvəl Günəşin yaxınlığından keçən bir ulduzun Neptundan kənarda olan göy cisimlərinin orbitlərinə təsir etdiyini irəli sürüblər. Xarici Günəş Sistemində Neptundan kənarda minlərlə göy cismi var. Əslində, astronomlar bu bölgədə diametri 100 kilometrdən çox olan on minlərlə obyektin Günəş ətrafında fırlandığını ehtimal edirlər. 

“Trans-Neptun” cisimləri  adlanan bu strukturlar haqqında indiyə qədər aparılan müşahidələrdə onların orbitlərinin dairədən daha çox ellipsə yaxın olduğu qeyd edilmişdir. NNO orbitlərinin bu qəribəliyini izah etmək üçün irəli sürülən məşhur nəzəriyyələrdən biri sistemdə 9-cu planetin olduğunu göstərir. Bəzi elm adamları orbitin pozulmasına tək bir böyük planet deyil, daha kiçik obyektlərin səbəb olduğunu düşünürlər. Başqa bir nəzəriyyə görə Nyutonun ümumdünya cazibə qanunlarının işləmədiyi düşünülən interqalaktik bölgədəki qravitasiya dinamikasını Günəş sisteminə uyğunlaşdıraraq problemi həll etməyə çalışır. Modifikasiya olunmuş Nyuton Dinamikası (qısaca MOND) adlanan hesablama Günəş sisteminə uyğunlaşdırıldıqda 9-cu Planet problemi həll edilir. Ancaq bu dəfə "Nyutonun Ümumdünya Cazibə Qanunu nə dərəcədə etibarlıdır?" sualı yaranır.

Tədqiqatçılar düşünürlər ki, bir neçə milyard il əvvəl Günəşin yaxınlığından keçən bir ulduz bu cisimlərin orbitlərinə təsir göstərmiş, hətta bəzilərini çıxararaq Yupiter və Saturnun peykləri arasında göndərmiş ola bilər. Bu nəzəriyyəni sınaqdan keçirmək istəyən alimlər  3 min ayrı kompüter simulyasiyasında müxtəlif kütlələrə malik ulduzların Günəşə yaxın keçməsi nəticəsində meydana gələcək mühiti hesablayıb.Alimlər belə qənaətə gəliblər ki, Günəşdən bir qədər yüngül olan bir ulduz Günəş sistemini indiki vəziyyətinə salmış ola bilər.

Paylaş: