İyunun 22-si Ümumdünya Osteopatiya Günü kimi qeyd olunur.
Fhnews.az xəbər verir ki, osteopatik təbabət 1874-cü ildə amerikalı həkim Endryu Taylor Still tərəfindən yaradılıb. Həkimin cərrahiyyə, mamalıq və ümumi tibbi praktikanı təkmilləşdirmək istəyi onu yeni diaqnostika və müalicə sistemi yaratmağa vadar edib. Bu müalicə əsas diqqəti simptomlara deyil, səbəblərə yönəldib, insan bədənini və bütövlükdə onun mexanikasını başa düşməyin vacibliyini öyrədib. Endryu Taylor Still 1892-ci ildə Amerika Osteopatiya Məktəbini açıb.
Osteopatiyada xəstəliyin diaqnostikası, eləcə də müalicəsi yalnız həkimin əlləri vasitəsilə həyata keçirilir. Xəstəliyin səbəbi araşdırılaraq orqanizm bütünlükdə müalicə olunur.
Osteopatik təbabət hər bir yaş üçün məqsədəuyğundur.