FHN-in Akademiyasında “Heydər Əliyev Məktəbinin Lektoriyası”nın növbəti məşğələləri keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev Məktəbinin Lektoriyası”nın “Heydər Əliyev Azərbaycan xаlqının birliyinin və dövlət müstəqilliyinin rəmzidir” mövzusunda növbəti məşğələləri keçirilib. Tədbirlər “Heydər Əliyev İli” ilə bağlı təşkil olunub.
Məşğələlərdə Akademiyanın rəhbərliyi, şöbə, kafedra, bölmə, xidmət kurs rəisləri və kursantlar iştirak ediblər.
Lektoriyanı giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev ulu öndər Heydər Əliyevin həyat yolundan, müstəqil Azərbaycan dövlətinin yaradılması, qorunması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi mühüm işlər barəsində ətraflı məlumat verib. Ümummilli Liderin özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlərinin olduğunu konkret faktlarla əsaslandıran B.Salayev xatırladıb ki, xalqımız Ulu Öndəri müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırır. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.
Akademiyanın rəisi vurğulayıb ki, Dahir Rəhbər Azərbaycan tarixinin keşməkeşli dövründə həyatını riskə ataraq xilaskarlıq missiyasını üzərinə götürüb, ölkəmizi işıqlı yola çıxarmaq üçün bütün qüvvəsi ilə çalışıb, ölkəmizin dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevrilməsinə nail olub. Bu, Heydər Əliyev-Xalq monolit birliyinin nəticəsində olub. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün müstəqil Azərbaycan inkişafının ən yüksək mərhələsinə yüksələrək, dünyanın ən qüdrətli dövlətlərindən birinə, regionun lider dövlətinə çevrilib.
Məşğələlərdə çıxış edən digər natiqlər də ümummili lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən danışaraq qeyd ediblər ki, dövlətçiliyimizin inkişafı, milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin qorunub saxlanılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, mövqeyinin güclənməsi, dünya azərbaycanlılarının birliyinin yaradılması məhz müdrik şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindəndir.
Naxçıvan Muxtar Respublikasının...
FHN-in İdman-sağlamlıq klubunda ilin...
FHN-in Sumqayıt Regional Mərkəzində...
FHN-in Qarabağ Regional Mərkəzində...
Azərbaycan FHN Naxçıvan şəhərində...