İtaliya sahillərində miqrantların olduğu qayıq batıb
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.
Fhnews.az xəbər verir ki, qəza nəticəsində üçü azyaşlı olmaqla 21 nəfər itkin düşüb. Suriya vətəndaşı olan 7 nəfər İtaliya Sahil Mühafizə Xidmətinin patrul gəmiləri tərəfindən xilas edilib. Onlar adadakı miqrant düşərgəsinə aparılıb. Hazırda itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.
Qayığın sentyabrın 1-də Liviyadan yola düşdüyü bildirilib.
Astronomlar kiçik qayalı planetlərdən...
İtaliyada əlverişsiz hava şəraiti...
İsveçdə mövsümi qrip gənclər arasında...
Finlandiya böhran vəziyyətlərində...
Maskın suda üzəcəyini iddia etdiyi...