Zimbabve və Zambiyada ilk meymun çiçəyi aşkarlanıb
Meymun çiçəyinə ilk yoluxma hallarının Cənubi Afrika ölkələri Zimbabve və Zambiyada aşkar edildiyi açıqlanıb.
Zimbabve Səhiyyə və Uşaq Baxımı Nazirliyindən verilən açıqlamada, ölkədə ilk meymun çiçəyi xəstəliyinin ötən ay Cənubi Afrika Respublikasına səfər edən 11 yaşlı uşaqda aşkar edildiyi bildirilib.Açıqlamada Tanzaniyaya səyahət keçmişi olan 24 yaşlı bir kişidə virusun aşkarlanması ilə ölkədə meymun çiçəyi xəstələrinin sayının 2-yə yüksəldiyi paylaşılıb.
Monkeypox virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və buna bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Xüsusi müalicəsi olmayan xəstəlik üçün antiviral preparatlar istifadə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlara görə "meymun çiçəyi" adını "mpox" olaraq dəyişdirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...