Zimbabve ölüm hökmünü ləğv edir
Zimbabve Nazirlər Kabineti qətl törədənlərə ölüm cəzası verən qanunu ləğv etmək qərarına gəlib. İnformasiya naziri Jenfan Musvere yerli mətbuata verdiyi açıqlamada parlamentin göndərdiyi və 1 ildir kabinetdə gözlənilən qanun dəyişikliyi təklifinin qəbul edildiyini açıqlayıb.
Musvere bildirib ki, qanunun ləğvindən sonra konstitusiyaya qatillərə ölüm cəzası əvəzinə uzunmüddətli həbs cəzası nəzərdə tutan dəyişiklik ediləcək.
Parlamentdə uzun müzakirələrə səbəb olan təklif ağır cinayətlərə şamil edilib.
Qeyd edək ki, Britaniya müstəmləkəçiliyinin mirası olan ölüm cəzası 2005-ci ildən bu yana ölkədə heç bir cinayətkara tətbiq edilməyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...