22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Zimbabve hökuməti 200 filin məhvinə göstəriş verib

14-09-2024
IMG

Zimbabve Parklar və Vəhşi Təbiət Departamenti qida qıtlığına səbəb olan görünməmiş quraqlıq səbəbindən 200 filin məhv ediləcəyini bildirib. Bu addım sürətlə artan heyvan populyasiyası problemini həll etməyə kömək edəcək.

Fhnews.az xəbər verir ki, Zimbabvenin ətraf mühit naziri Sithembiso Nyoni parlamentdə fillərin sayının həddindən artıq çox olduğunu bildirərək, hökumətin Parklar və Vəhşi Təbiət Departamentinə heyvanların məhv edilməsi prosesinə başlamaq üçün göstəriş verdiyini bildirib.

İki yüz filin məhv edilməsi bu heyvanların insanlarla qarşılaşdığı ərazilərdə, o cümlədən Zimbabvenin ən böyük təbiət qoruğunun yerləşdiyi Hvanqda həyata keçiriləcək.

Zimbabvedə təxminən 100.000 fil populyasiyası var. Ölkə bu göstəriciyə görə Botsvanadan sonra dünyada ikinci yerdədir.

Qonşu Namibiya bu ay bildirib ki, onilliklərin ən pis quraqlığının öhdəsindən gəlmək üçün 83-ü fil olmaqla 700-dən çox heyvanın planlı şəkildə məhv edilməsi nəzərdə tutulur. Artıq 160 vəhşi heyvan öldürülüb.

Zimbabve və Namibiya Cənubi Afrikada quraqlığa görə fövqəladə vəziyyət elan edən ölkələr sırasında yer alır.

Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, Zimbabvelilərin təxminən 42 faizi yoxsulluq içində yaşayır və bu ölkənin rəsmiləri ərzaq qıtlığının artacağı noyabr-mart aylarında təxminən 6 milyon insanın humanitar yardıma ehtiyac duyacağını bildirirlər.

Paylaş: