Zaqatalada görmə əlilliyi olan 18 yaşadək uşaqlar üçün bayram şənliyi keçirilib. Bayram şənliyində həmin rayondan, eləcə də Şəki, Qax və Balakən rayonlarından olan yüzdən çox uşaq və onları müşayiət edən valideynləri iştirak ediblər.
Fovqaladexeberler.az xəbər verir ki, tədbir “Qayğıya Ehtiyacı Olan Şəxslərə Sosial Dəstək” və Gözdən Əlillər Cəmiyyəti İctimai birlikləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin sifarişi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün bayram tədbirlərinin təşkili müsabiqəsi çərçivəsində təşkil olunub.
Bayram şənliklərində gözdən əlil uşaqlar üçün Gənc Tamaşaçılar Teatrı aktyorlarının iştirakı ilə şou proqramlar, həmçinin maraqlı musiqi nömrələri, viktorina və flaşmoblar təqdim olunub, yemək və şirniyyat süfrəsi açılıb, hədiyyələr verilib.