22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Zəlzələlər zamanı qırılmayan fay xəttləri diqqət mərkəzindədir

09-11-2024
IMG

Episentri  Kahramanmaraşda olan zəlzələlərdən sonra bölgədə hələ qırılmamış Maraş, Bingöl və Ölüdəniz fay xəttlərində araşdırmalar aparılır.
Türkiyədə Dokuz Eylül Universitetinin professoru  və AFAD Elmi Dəstək İdarə heyətinin üzvü Həsən Sözbilir  6 fevral 2023-cü ildə Pazarcık və Elbistanda qeydə alınan iki böyük zəlzələnin Şərqi Anadolu Fay Xəttində olduğunu söyləyib.

Bir çox elm adamının bölgədəki digər fay xəttləri üzərində araşdırmalar apardığına və bu böyük zəlzələlər zamanı qopmayan fayların olduğunu diqqət çəkən Sözbilir  "Kahramanmaraşdan keçən Maraş Fay Zonası dediyimiz bir xətt var. Bu fay 6,8 bal gücündədir. Bu isə zəlzələ ehtimalı deməkdir.”-deyə fikirlərini əsaslandırıb.  

Maraş Fay Zonasının ən cənub qolunda 5 xəndək açdıqlarını və bu fayların yaşını, keçmişdə hansı aralıqlarla neçə zəlzələ meydana gətirdiyini ifadə edən Sözbilir deyib ki, bu araşdırmanın nəticələrinə görə “Maraş Fay Zonası”nı təyin etdik.

Maraş Fay Zonasında son zəlzələnin 1500-cü illərdə olduğunu bildirən Sözbilir  Şərqi Anadolu xəttindən qaynaqlanan zəlzələlərin də bu qoldan təsirləndiyini göstərən məlumatlar əldə etdiklərini ifadə edib. 

Sözbilir  Erkenek ilə Pütürge arasında daha əvvəl qırılmayan fay xəttlərinin oktyabrın 16-da Malatyada baş verən və episentri Kale mahalı olan 5,9 bal gücündə zəlzələ ilə qırıldığını və Elazığ tərəfinə doğru qırılmamış hissə qalmadığını açıqlayıb.

Paylaş: