22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Z nəslində korluq epidemiyası təhlükəsi

06-03-2024

Mütəxəssislər yeni nəsillər əvvəlki qədər çölə çıxmadığı üçün Z nəslinin "korluq epidemiyası" riskinin artmasına qarşı xəbərdarlıq ediblər. Buna uyğun olaraq, davamlı olaraq texnoloji cihazların ekranlarına baxmaq və gün işığından uzaq olmaq korluq dalğasına səbəb ola bilər.

Araşdırmanın aparıldığı İngiltərədə son 30 ildə belə hallar 46 %  artıb. Ümumiyyətlə, bütün dünyada miyopiya halları artmaqdadır.

Ancaq göz cərrahları vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edirlər. Mütəxəssislər yeniyetməlik dövründə qapalı şəraitdə kompüter qarşısında qalan uşaqların kifayət qədər dopamin ala bilmədiyini və bunun gözlərinə zərər verdiyini deyirlər.

Bu epidemiyaya səbəb ola biləcək başqa bir amil, çox yaxın məsafədə izlənilən telefon və planşetlərə baxmağa sərf olunan vaxtdır. Bu, miyopiya və ya yaxından görmə qabiliyyətinə səbəb ola bilər. Qeyd edək ki, Çinin bəzi bölgələrində miyopiya nisbəti 30 faizdən 95 faizə  yüksəlib. Miyopiya təkcə eynək taxmaq demək deyil. Ağır hallar korluğa səbəb ola bilər.

Tədqiqatlar göstərir ki, gənclərdə zəif miopiya halları "makula degenerasiyası"ndan əziyyət çəkmə ehtimalını 41 % artırır.

Planşet və televizorların çox vaxt “uşaq dayəsi” kimi istifadə edildiyini deyən mütəxəssislər valideynlərə övladlarının ekran qarşısında keçirdikləri vaxta məhdudiyyət qoyulması ilə bağlı xəbərdarlıq ediblər.

Paylaş: