Yüzdən çox şirkət AB-nin süni intellekt paktını imzaladı
Avropa İttifaqı Komissiyası texnologiya, telekommunikasiya, səhiyyə, bankçılıq, avtomobil və aviasiya kimi müxtəlif sektorlardan 116 şirkətin AB-nin süni intellekt paktını imzaladığını açıqlayıb.
Açıqlamada müqavilə ilə AB-nin süni intellekt qanununun tətbiqindən əvvəl şirkətlərin bu sahədə idarəetmə strategiyası, yüksək risk sistemlərinin müəyyən edilməsi və məlumatlılıq kimi sahələrdə könüllü öhdəliklər götürdüyü bildirilib.
Paktı imzalayan şirkətlər arasında “Microsoft”, “Google”, “Amazon”, “OpenAI”, “Hewlett Packard”, “IBM”, “Lenovo”, “Samsung”, “Qualcomm”, “Sap” və “Adobe” var.
Süni İntellekt Qanununun 2026-cı ilin avqustunda qüvvəyə minməsi gözlənilir. Pakt bu prosesdə süni intellekt sahəsində harmoniyanı təmin etməyi hədəfləyir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...