22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yupiter və Yerin ortaq xüsusiyyəti kəşf edildi

09-06-2024
IMG

NASA-nın Juno kosmik gəmisi tərəfindən çəkilmiş görüntüləri araşdıran elm adamları Yupiterdəki nəhəng siklonların Yer okeanlarına bənzər mexanizmə malik olduğunu müəyyən ediblər. 

Yerdən ən azı 11 dəfə böyük olan qaz nəhəngi planetinin Yerə çox bənzədiyini söyləmək olmaz. Böyük hissəsi hidrogen və heliumdan ibarət olan Yupiter Günəş sisteminin ən böyük planetidir və eyni zamanda illərlə davam edən fırtınaları ilə də diqqət çəkir. 

2022-ci ildə aparılan bir araşdırma bu siklonlarda konveksiya sxeminin Yerdəki fırtınalara bənzədiyini müəyyən edib. 

Bu araşdırmanı aparan Lia Siegelman baş müəllifi olduğu yeni araşdırmasında Yer okeanları ilə Yupiter fırtınaları arasındakı oxşarlıqları araşdırıb. "Yupiter mahiyyətcə qaz okeanıdır" deyə Sigelman başlanğıc nöqtəsini izah edir. Tədqiqatçılar Yupiter ətrafında fırlanan “Juno” kosmik zondu tərəfindən əldə edilən görüntülərdə planetin burulğanları arasında yerləşən nazik filamentləri təhlil ediblər.

Bu filamentlərin Yer okeanında və atmosferində cəbhə kimi fəaliyyət göstərdiyi aşkar edilib. İsti və ya soyuq hava kütlələri kimi tanınan bu cəbhələr müxtəlif sıxlıqdakı kütlələr arasındakı sərhədi təmsil edir. Cəbhələrin görkəmli xüsusiyyətlərindən biri də uclarında yüksək sürətin külək və ya cərəyan yarada bilməsidir. 

Okeanoqrafiya və atmosfer elmindəki metodlardan istifadə edərək alimlər filamentlərin şaquli küləyin sürətini hesablayıblar. Tədqiqatçılar müəyyən ediblər ki, cəbhələrə bənzəyən filamentlər istilik enerjisini Yupiterin içindən onun yuxarı atmosferinə daşımağa imkan verir. 

Konveksiya nəhəng siklonların əsas hərəkətverici qüvvəsi olsa da, onların tələb etdiyi enerjinin təxminən 25 faizi və planetin şaquli istilik ötürülməsinin 40 faizi filamentlərdən qaynaqlanır.

Paylaş: